Eriksen Danimarka millisində rekord qırıb
26.06.2024 - 12:37
Eriksen Danimarka millisində rekord qırıb

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Serbiya millisi ilə keçirilən oyunda (0:0) iştirak edib.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, bu, yarımmüdafiəçinin millidə 133-cü oyunudur.

32 yaşlı futbolçu bu göstəriciyə görə yeni rekordçu olub. Kristian 132 matçı olan müdafiəçi Simon Kjaerin rekordunu qırıb.

Danimarka millisi Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində 3 xal toplayıb. Komanda dördlüyü ikinci yerdə başa vuraraq turnirin pley-off mərhələsinə yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0