"Mançester Yunayted" Reşfordu bu qiymətə satacaq
21.02.2024 - 11:18
"Mançester Yunayted" Reşfordu bu qiymətə satacaq

"Mançester Yunayted" hücumçusu Markus Reşfordun satışından əldə etmək istədikləri məbləğə qərar verib.

Apasport.az xəbər verir ki, mankunianlar 26 yaşlı hücumçunun transferi üçün ən az 100 milyon funt-sterlinq istəyəcək.

Markusa iddialılar arasında Fransanın PSJ-si də var. Paris nəhəngi yayda "Real Madrid"ə keçəcək Kilian Mbappenin yerinə Reşfordu düşünür.

"Transfermarkt" portalı forvardın bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Futbolçunun "qırmızı şeytanlar"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0