İspaniya La Liqasının X turunda “Elçe” ilə oyun “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, “kral klubu”nun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə təcrübəli mütəxəssis İspaniya çempionatında 124-cü matçına çıxıb.
Bununla o, Klaudio Ranyerini geridə qoyaraq, La Liqada ən çox oyun keçirən italiyalı məşqçi rekorduna yiyələnib.
İndiyə qədər 11 italiyalı mütəxəssis İspaniya yüksək liqasında komanda meydana çıxarıb. Onların arasında hazırda Azərbaycan millisini çalışdıran Canni de Byazi də var. “Alaves” və “Levante” ilə ümumilikdə 33 matç keçirən de Byazi həmyerliləri arasında bu baxımdan 5-ci pillədədir.
Qeyd edək ki, ilk olaraq 2013-2015-ci illərdə “Real”a rəhbərlik edən Karlo Ançelottinin “kral klubu” ilə ikinci dönəmi ötən il başlayıb.