“Everton” müdafiəçi alır
09.08.2022 - 00:31
“Everton” müdafiəçi alır

“Vulverhempton”un müdafiəçisi Konor Koadi klubunu dəyişəcək.

Apasport.az saytının məlumatına görə, arxa xətt oyunçusu “Everton”a keçməyə yaxındır.

Liverpul təmsilçisi 29 yaşlı ingiltərəlinin keçidini bu həftə həll edəcək. “Everton” yarımmüdafiəçi Amadu Onananı da heyətinə qatmaq istəyir. O, hazırda “Lill”in formasını geyinir.

Qeyd edək ki, Koadi ötən mövsümün 42 oyununda 4 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0