"Arsenal" "Liverpul"un futbolçusu ilə maraqlanır
28.08.2024 - 12:35
"Arsenal" "Liverpul"un futbolçusu ilə maraqlanır

"Liverpul"un hücumçusu Darvin Nunes İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Apasport.az "Fichajes" nəşrinə istinadla xəbər verir ki, uruqvaylı forvardın transferində Londonun “Arsenal” klubu maraqlıdır.

Darvin ispan məşqçi Mikel Artetanın rəhbərliyi altında işləmək üçün "Arsenal"a keçməyə razı ola bilər.

Mersisaydlılar da futbolçunu satmaq təklifini nəzərdən keçirməyə hazırdırlar.

İngiltərə Premyer Liqasında ötən mövsüm Darvin 36 matçda iştirak edib. 25 yaşlı hücumçu 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 

writer photo
Əlirza Əlirzalı
0