Mert Müldürün qolu Avropa çempionatının ən yaxşısı seçildi
20.07.2024 - 14:49
Mert Müldürün qolu Avropa çempionatının ən yaxşısı seçildi

Almaniyada keçirilmiş futbol üzrə Avropa çempionatının ən yaxşı qolu açıqlanıb.

Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qalib azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyənləşib.

Fanatlar Türkiyə millisinin müdafiəçisi Mərt Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısına vurduğu topu turnirin ən yaxşı qolu seçiblər.

Qeyd edək ki, həmin qarşılaşma "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığması 1/4 finalda Niderlanda uduzaraq (1:2) "Avro-2024"də mübarizəni dayandırıb.

writer photo
Əlirza Əlirzalı
0