Tahir Süleymanov: "Qarabağ" bu şansı dəyərləndirməlidir"
06.11.2024 - 15:25
Tahir Süleymanov: "Qarabağ" bu şansı dəyərləndirməlidir"

"UEFA avrokuboklarda yeni formata keçdikdən sonra, "Qarabağ" kimi komandalar üçün, bu sistemə uyğunlaşmaq daha çətindir".

Bu sözləri apasport.az saytına açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov deyib.

Mütəxəssis "Qarabağ"ın "Bodo Qlimt"lə matçını dəyərləndirib: "Rəqiblərlə revanş şansının olmadığı Avroliqa mərhələsində, daha çox, fərqli komandaların çıxış etdiyi yarışda, strateji yanaşma, planlaşdırma önə çıxır. "Tottenhem", "Ayaks" kimi nəhənglərlə başa-baş mübarizə aparmağın çətin olduğu reallıqdırsa, ağdamlılar "Bodo Qlimt" kimi rəqiblərlə oyunlarda xal qazanmaq şansını dəyərləndirməlidir. "Qarabağ" sıx qrafiklə çıxış edir, daxili çempionatda da rəqabət bir qədər yüksəlib. Yol yorğunluğu, hava şəraiti, uzaq səfər qarşılaşması olsa da, ağdamlıların kifayət qədər Avropa təcrübəsi var. Önəmli olan, oyuna optimal formada çıxmaq, taktiki-texniki, psixoloji hazırlığın üst səviyyədə olmasıdır. Belə olacağı halda, ədalətli hakim idarəçiliyi fonunda, ağdamlıların ardıcıl məğlubiyyətlərdən sonra xal qazanmaq ehtimalı mümkündür. "Qarabağ"ın vətənə qələbə ilə dönməsi arzusu ilə...".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Bodo Qlimt" - "Qarabağ" matçı sabah saat 21:45-də start götürəcək.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0