Pepe Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub
19.06.2024 - 09:19
Pepe Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub

Pepe kimi tanınan 41 yaşlı Kepler Laveran Lima Ferreyra Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub.

Apasport.az xəbər verir ki, Portuqaliya millisinin müdafiəçisi AVRO-2024-ün qrup mərhələsinin I turunda Çexiyaya qarşı keçirdikləri oyunda meydana çıxmaqla bunu bacarıb.

Bundan əvvəl bu rekord AVRO-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi.

Pepe üçün hazırkı Avropa çempionatı beşinci (2008, 2012, 2016, 2020, 2024) olub. Bu göstərici üzrə rekord onun Portuqaliya millisindəki komanda yoldaşı Kriştianu Ronalduya (6) məxsusdur.

writer photo
Əlirza Əlirzalı
0