“Qarabağ” – “Viktoriya”: Kim şanslıdır?
17.08.2022 - 15:16
“Qarabağ” – “Viktoriya”: Kim şanslıdır?

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Ağdam təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 2,32, qonaqların uğuru 3,08 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,22 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0