“Ayntraxt” 60 milyondan imtina etdi
20.08.2023 - 18:07
“Ayntraxt” 60 milyondan imtina etdi

“Ayntraxt” Randal Kolo-Muani üçün verilən təklifdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, PSJ 60 milyon avro və bonuslar ödəməyə hazır olub.

Paris klubu ilə hücumçu arasındakı danışıqlar yekulaşıb və Kolo-Muani ilə 5 illik müqavilə imzalanacaq. PSJ-nin qarşı tərəfə ikinci təklifi verəcək. “Ayntraxt” Randala görə, 100 milyon avro və bonuslar tələb edir.

Qeyd edək ki, Fransa yığmasının üzvü ötən mövsüm “Ayntraxt”ın heyətində 46 oyunda 23 qol və 17 ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0