"Zirə"də yeni məşqçi
12.12.2022 - 10:41
"Zirə"də yeni məşqçi

"Zirə" məşqçi Vüqar Məmmədlə müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Bakı klubunun mətbuat xidməti yayıb. 

Bildirilib ki, bundan sonra Vüqar Məmməd əsas komandanın məşqçilər korpusunda yer alacaq. Çalışdırıcı ilə bir il yarımlıq müqavilə bağlanılıb.  

Qeyd edək ki, Vüqar Məmməd 2019/20 mövsümündə “Zirə”nin əsas komandasında məşqçi kimi çalışıb.
 

writer photo
Əlirza Əlirzalı
0