“Əl-Faysali”nin futbolçusu Coy Lens Mikels Azərbaycana qayıtmağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, “Neftçi”nin israrla transfer etmək istədiyi futbolçunun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, müzakirə mövzusudur.
Belə ki, “ağ-qaralar”ın avrokuboklara vəsiqə qazanmadığı üçün almaniyalının “Sabah” və ya “Zirə”yə keçidə müsbət yanaşdığı bildirilir.
Mikkelsin hər iki kluba təklif ediləcəyi iddia olunur. Maliyyə şərtlərində razılıq əldə edilərsə, Coy Lensin Azərbaycana qayıdışı reallaşacaq. 30 yaşlı futbolçu “Borussiya”(Münhenqladbax) klubunun yetirməsidir və karyerası ərzində “Allemaniya Ahen”, “Şalke-2”, “Maastrixt”, “Sabah” klublarında oynayıb.