Yığmamızdan 8 ilin ANTİREKORDU
22.12.2022 - 17:04
Yığmamızdan 8 ilin ANTİREKORDU

Azərbaycan millisi 2022-ci ili dünyanın 121-ci komandası kimi başa vurub.

Apasport.az saytının məlumatına görə, bu, son 8 ilin antirekordudur.

Yığmamız 2014-cü ildən sonra heç vaxt ilin yekununda bu qədər aşağı pillədə olmayıb. 8 il öncə komandamız 135-ci sıraya qədər yuvarlanıb.

Ötən illə müqayisədə isə Canni de Byazinin yetirmələri bir addım geriləyib. Komandamız 2021-ci ili 120-ci sırada bitirmişdi.

Millimizin FİFA reytinqindəki illər üzrə yekun mövqeyi
1994 - 147
1995 - 141
1996 - 125
1997 - 123
1998 - 99
1999 - 97
2000 - 115
2001 - 113
2002 - 113
2003 - 119
2004 - 113
2005 - 114
2006 - 125
2007 - 115
2008 - 134
2009 - 114
2010 - 98
2011 - 112
2012 - 118
2013 - 94
2014 - 135
2015 - 117
2016 - 90
2017 - 117
2018 - 107
2019 - 114
2020 - 109
2021 – 120
2022 – 121
 

writer photo
Əlirza Əlirzalı
0