“Sevilya”da iki yeni futbolçu
01.09.2022 - 17:19
“Sevilya”da iki yeni futbolçu

“Sevilya” heyətinə iki yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Danimarkalı hücumçu Kasper Dolberq və belçikalı yarımmüdafiəçi Adnan Yanuzay La Liqa təmsilçisinə keçib. Son klubu “Real Sosyedad” olan Yanuzay azad agent statusu ilə Sevilyanın eyniadlı klubuna qoşulub. Dolberq isə icarəyə götürülüb.

Qeyd edək ki, “Nitsa”nın futbolçusunun icarə müqaviləsində sonradan almaq hüququ da yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0