Neymar Premyer Liqanı Liqa 1-dən güclü sayır
08.09.2023 - 11:10
Neymar Premyer Liqanı Liqa 1-dən güclü sayır

"Səudiyyə Ərəbistanı çempionatındakı rəqabət Fransa Liqa 1-dən yüksəkdir"

Apasport.az saytı xəbər verir ki, bunu yay transfer pəncərəsində “Əl Hilal”a keçən 31 yaşlı Neymar deyib.

Braziliyalı hücumçu uzun illər çıxış etdiyi Fransa çempionatı ilə Səudiyyə Ərəbistanı Premyer Liqasını müqayisə edib. O bildirib ki, transferlərə baxdıqda yarımadadakı mübarizə çox güclənib: “Bu çempionatda top qovan ulduz futbolçulara baxsaq görərik ki, Avropanın bir çox birinciliklərindən, hətta Liqa 1-dən daha sanballı bir çempionata gəlmişəm. Məşqlər gərgin keçir. Mən titullar qazanacağıma inanıram. Ən çox əziyyət çəkdiyim yer buradır. Çempionat həyəcanlı olacaq”.

Qeyd edək ki, Neymar 2017-23-cü illərdə PSJ klubunun şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0