“İlk oyunda “Sumqayıt” birinci dövrədəki komanda olmadığını göstərdi. Amma “Sumqayıt”ın müdafiəçisi İssa Sulimanın zədələnməsi böyük itki ola bilər”.
Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Adil Şükürov deyib.
O, bu gün keçiriləcək “Sumqayıt” - “Sabah” qarşılaşması ilə bağlı fikirlərini açıqlayıb: “Murad Musayevin komandasının qələbədən sonra özünü necə aparacağı maraqlı olacaq. Ötən mövsümdəki nəticələrə baxsaq, “Sabah” daha yüksək yerlərdən birində olmalı idi. “Sumqayıt” isə Samir Abbasovun qayıdışından, onun istədiyi futbolçuları heyətə cəlb edilməsindən nəticələr qazanmalı idi. Üç gündən sonra komandaların yenidən üz-üzə gəlməsi məşqçilərin işini önə çıxaracaq”.
Qeyd edək ki, “Sumqayıt” və “Sabah” qarşılaşması “Kapital Bank Arena”da keçiriləcək. Matç saat 18:30-da başlayacaq.