Arteta Kanteni istəyir
11.07.2022 - 22:51
Arteta Kanteni istəyir

“Arsenal” “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta fransalı futbolçunu sərəncamında görmək arzusundadır.

Çalışdırıcı İngiltərə Premyer Liqasında daha yüksək yerlər uğrunda mübarizə aparmaq üçün orta sahənin gücləndirilməsinin vacibliyini vurğulayıb. London təmsilçisi Kantenin “zadəganlar”la müqaviləsinin bitməsinə bir il qalmasından yararlanmaq niyyətindədir.

Məsələ burasındadı ki, “Çelsi” Kanteni indi satmasa, oyunçunu gələn yay pulsuz itirə bilər. Bu da danışıqları asanlaşdıra bilər.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2016-cı ildən “Çelsi”nin formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0