Mehdi Hüseynzadə stadionu avrokubok oyunlarına ev sahibliyi edəcək
20.08.2024 - 15:40
Mehdi Hüseynzadə stadionu avrokubok oyunlarına ev sahibliyi edəcək

Belarusun "Dinamo Minsk" klubu avrokuboklarda ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə stadionunda keçirəcək.

Apasport.az xəbər verir ki, artıq bununla bağlı Azərbaycanla razılıq əldə olunub.

Belarusa edilən UEFA qadağası ilə əlaqədar Minsk klubu Avropa kuboklarında ev sahibi kimi oyunlarını Macarıstanda Mezekeveşddə qəbul edirdi. İndi əgər UEFA da icazə versə, "Dinamo" Avropa Liqası və ya Konfrans Liqasının oyunlarını "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunda oynayacaq.

Qeyd edək ki, Minsk təmsilçisi Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb və belədə, artıq Konfrans Liqasının liqa mərhələsində oynayacağı dəqiqləşib. Avropa Liqasının pley-off seçmə mərhələsində "Dinamo" Belçikanın "Anderlext"i ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0