Portuqaliya millisinin futbolçusunun əli sınıb
11.12.2022 - 00:46
Portuqaliya Futbol Federasiyası DÇ-2022-nin 1/4 finalında Mərakeşlə matçda (0:1) müdafiəçi Pepinin sol əlindən zədələndiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, əslən Braziliyadan olan futbolçunun əli sınıb:
“Milli komandanın bu şənbə günü Mərakeşlə oyunu zamanı Pepenin sol qolu sınıb. Portuqaliyalı matçdan sonra Dohadakı xəstəxanada müayinə olundu və bu, sınıq şübhəsini təsdiqləyib", – deyə federasiyanın rəsmi saytında qeyd olunub.
Portuqaliya millisi 3-cü dəfə dünya çempionatının 1/4 finalına kimi gəlib. Ancaq onları Mərakeş turnirdən kənarlaşdırıb.
0
0