Polşa – Niderland matçının ən yaxşı futbolçusu açıqlandı
16.06.2024 - 22:17
Polşa – Niderland matçının ən yaxşı futbolçusu açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda baş tutan Polşa – Niderland matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “narıncılar”ın heyətində Kodi Qakpo qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

25 yaşlı hücumçu Polşa ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.

writer photo
Əlirza Əlirzalı
0