“Liverpul”dan müdafiəçi transferi
16.06.2022 - 18:18
“Liverpul”dan müdafiəçi transferi

“Liverpul” “Aberdin”in müdafiəçisi Kalvin Remsinin transferini razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı sağ cinah oyunçusu bu keçidlə Şotlandiya klubunun tarixinə düşüb.

Sövdələşmə 6,5 milyon funt sterlinq təşkil edib ki, bu da “Aberdin” üçün rekord göstəricidir. “Liverpul” bu yay qarşı tərəfə 4 milyon, növbəti mövsümün gedişində isə daha 2,5 milyon ödəyəcək. Ümumilikdə transfer bonuslarla birlikdə 10 milyon funt sterlinqə qədər arta bilər.

Qeyd edək ki, Kalvin Remsi ötən mövsüm “Aberdin”in heyətində 33 oyunda 1 qol vurub, 9 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0