Qitə çempionatı Almaniya büdcəsinə nə qədər xeyir verəcək?
14.06.2024 - 21:33
Qitə çempionatı Almaniya büdcəsinə nə qədər xeyir verəcək?

Avro-2024-ə ev sahibliyi Almaniyaya böyük məbləğdə gəlir gətirə bilər.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, qitə çempionatının ölkəyə 1 milyard ABŞ dolları qazandıracağı proqnozlaşdırılır. Burada əsas amil kimi Almaniyaya turist axınının artması göstərilib.

Qeyd edək ki, Avropa çempionatına Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq. Münhen şəhərində yerləşən “Allianz Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0