İspaniya Sequndasında mövsümün XLII turunun oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, “Mirandes” öz meydanında “Fuenblabrada”nı qəbul edəcək.
Futbol eksperti Yevgeni Krupenin qarşılaşma ilə bağlı proqnoz verib:
“Mirandes” son 5 oyundan yalnız birində qələbə qazanıb. Mövsümün sonunda aşağı dəstəyə düşmə təhlükəsi qalmayan komanda ciddi mübarizə aparmağı dayandırıb.
Qonaqlar isə mövsümün əvvəlində yaxşı futbol nümayiş etdiriblər. Buna baxmayaraq, komanda turdan-tura turnir cədvəlində aşağılara yuvarlanmağa başlayıb. Artıq 18-ci yerlə fərq 12 xala çatıb.
“Mirandes” bu matçda 3 xal qazanmalıdır. Baş məşqçi futbolçularını yaxşı kökləməlidir. Komanda finişdəki yaxşı nəticə ilə azarkeşlərinə təşəkkür etməlidir.
“Fuenlabrada”da isə Leondan başqa heç kim çalışmır. Üstəlik, hər xətdə vacib oyunçular sıradan çıxıb. Düşünürəm ki, meydan sahibləri arzulanan nəticəni əldə edəcək. Əmsalın 2-dən yüksək olmasını da nəzərə alsaq, belə cəlbedici imkandan yararlanmaq lazımdır.
Proqnozum: 1