Denks Premyer Liqa klubunun tarixinə düşdü
24.10.2022 - 00:41
Denks Premyer Liqa klubunun tarixinə düşdü

“Aston Villa” Stiven Cerrardın istefasından sonra ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Birminhem təmsilçisi Premyer Liqa matçında “Brentford”u 4:0 hesabı ilə məğlub edib.

Komandanı bu oyuna müvəqqəti baş məşqçi Aaron Denks çıxarıb. O, klub tarixinə debütdə ən böyükhesablı qələbə qazanan mütəxəssis kimi düşüb. Denksə qədər heç bir baş məşqçi “Aston Villa”dakı debütünü 4 top fərqli qələbə ilə qeyd etməyib.

Qeyd edək ki, “Aston Villa” növbəti turda “Nyukasl”la qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0