Almaniya millisinin qapısını kim qoruyacaq?
20.03.2024 - 22:21
Almaniya millisinin qapısını kim qoruyacaq?

"Bavariya"nın qapıçısı Manuel Noyer Avro-2024-də Almaniya millisinin əsas qapıçısı olacaq.

Apasport.az xəbər verir ki, "Barselona"nın qolkiperi Mark-Andre ter Ştegen isə ehtiyat oyunçusu olacaq. Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsmann bu qərarı qapıçılarla şəxsi söhbətlərindən sonra açıqlayıb.

Noyer bu mövsüm münhenlilərin heyətində 18 oyunda çıxış edib və qapısında 24 top görüb. Ter Ştegen isə kataloniyalılarla İspaniya La Liqasında 19 oyunda qapını qoruyub və 17 dəfə topu qapıdan çıxarmalı olub.

writer photo
Əlirza Əlirzalı
0