"Yuventus" hücumçusunu İCARƏYƏ VERİR
07.01.2024 - 17:50
"Yuventus" bu ay hücumçularından biri ilə yollarını ayıra bilər.
Apasport.az "Tuttosport"a istinadla məlumat verir ki, “qoca sinyora” forvard Moise Kini icarəyə buraxa bilər.
Xatırladaq ki, "Yuventus" yayda Kin ilə ayrılmağı düşünürdü, lakin maraqlanan klublardan heç biri əlverişli icarə şərtləri təklif edə bilmədi.
23 yaşlı Kin bu mövsüm İtaliya A Seriyasında 12 matça çıxıb və fərqlənə bilməyib. "Transfermarkt" forvardı 18 milyon avro qiymətləndirir.
0
0