Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız ötən il olduğu kimi, Xorvatiyanın Poreç şəhərində bir neçə komandanın iştirakıyla keçirilən toplanışda iştirak edir.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında baş tutan hazırlıq prosesində Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) iştirak edir.
Yanvarın 28-dək davam edəcək birgə məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.