"Barselona" "Mançester Siti"nin futbolçusunu istəyir
18.01.2024 - 18:35
"Barselona" "Mançester Siti"nin futbolçusunu istəyir

“Barselona”nın klub rəsmisi Deko “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi komandaya gətirmək üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, portuqaliyalı funksioner yarımmüdafiəçini “Lids”də olduğu müddətdə yaxından izləyib.

Fillips 2022-ci ilin yayından “Mançester Siti”də oynayır.

O, cari mövsümdə komandanın heyətində 10 matça çıxıb.

writer photo
Əlirza Əlirzalı
0