"Səbail"də yeni transfer
19.01.2024 - 14:26
"Səbail"də yeni transfer

“Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, “Səbail” Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış edən Madi Quetanı heyətinə qatıb.

“Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0