“Barselona” Torresə əvəzləyici tapdı
31.10.2022 - 00:46
“Barselona” Torresə əvəzləyici tapdı

“Bayer”in yarımmüdafiəçisi Mussa Diabi karyerasını daha böyük klubda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Barselona” fransalı futbolçunun xidmətində maraqlıdır.

23 yaşlı vinger daha çox oyun vaxtı əldə etmək üçün “Barsa”nı tərk etmək istəyən Ferran Torresi əvəz etməyə əsas namizəddir. Yaxın müddətdə tərəflər arasında danışıqların aparılması gözlənilir.

Qeyd edək ki, Mussa Diabi bu mövsüm “Bayer”in heyətində bütün turnirlərdə 18 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun almanlarla müqaviləsi 2025-ci ilin yayına kimidir.

writer photo
Əlirza Əlirzalı
0