Karluş Keyruş istefa verdi
30.11.2022 - 17:47
Karluş Keyruş istefa verdi

İran millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.

Apasport.az saytı xəbər verir ki, bunu portuqaliyalı mütəxəssis özü açıqlayıb.

Təcrübəli çalışdırıcı Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilmədikləri üçün vəzifəsindən ayrıldığını bildirib.

Qeyd edək ki, DÇ-2022-nin B qrupunda yer alan İran yığması İngiltərəyə 2:6, ABŞ-a 0:1 hesabı ilə məğlub olub, Uels üzərində 2:0 hesablı qələbə qazanıb. Komanda 3 xalla qrupu 3-cü yerdə başa vurub və mundialla vidalaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0