Slovakiya Belçikanın məğlubiyyətsizlik seriyasına son qoydu
18.06.2024 - 11:14
Slovakiya Belçikanın məğlubiyyətsizlik seriyasına son qoydu

Futbol üzrə Avropa çempionatında Belçika E qrupunda ilk oyununda Slovakiyaya məğlub olub. 

Apasport.az xəbər verir ki, Belçika millisi 15 oyundan sonra məğlub olub.

2022-ci il dünya çempionatının qrup mərhələsində sonuncu dəfə Mərakeşə uduzan Belçika növbəti 15 matçdaa 10 qələbə və 5 heç-heçə əldə edib.

AVRO-2024-ə Slovakiyaya uduzan Belçika 15 matçlıq məğlubiyyətsizlik seriyasını qoruya bilməyib.

Qarşılaşma Slovakiyanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0