Rahil Məmmədov CƏZALANDIRILDI
14.04.2024 - 16:39
Rahil Məmmədov CƏZALANDIRILDI

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi LKS 28-ci turu qələbə ilə başa vurub.

Lodz klubu öz meydanında “Radomyak”ı 3:2 hesabı ilə məğlub edib. Start heyətində yer alan Rahil 10-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bu qələbədən sonra LKS Ekstraklasada turnir cədvəlinin son pilləsini tərk edib. Hesabında 21 xal olan Məmmədovun komandası 17-cidir.

writer photo
Əlirza Əlirzalı
0