Batşuayi Avropada zirvədədir
27.01.2024 - 14:43
Batşuayi Avropada zirvədədir

"Fənərbaxça"nın ulduz futbolçusu Mişi Batşuayi bu mövsüm bütün yarışlarda 26 matçda 1082 dəqiqə meydanda keçirib, 14 dəfə fərqlənib.

Apasport.az xəbər verir ki, hər 78 dəqiqədə qola töhfə verən 30 yaşlı futbolçu bu sahədə Avropa lideri olub.

"Batsman" ləqəbli futbolçudan sonra PSJ-nin super ulduzu Kilian Mbappe hər 80 dəqiqədən bir qol vurmaqla ikinci olub. Üçüncü sırada isə 83 dəqiqədən bir fərqlənən "Bavariya"nın ingilis ulduzu Harri Keyn durur. 

Qeyd edək ki, "Fənərbaxça"nın ötən mövsüm 3,5 milyon avroya transfer etdiyi belçikalı ulduz "sarı-lacivərli"lərin heyətində qalmaq istəsə də, onu transfer etmək istəyən komandaların sayı gündən-günə artır. 

writer photo
Əlirza Əlirzalı
0