2024-cü il Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Şotlandiya yığması Macarıstan millisi ilə qarşılaşıb.
Apasport.az "Opta Sports"a istinadla xəbər verir ki, qrup mərhələsinin sonuncu matçından sonra şotlandlar Avropa çempionatı tarixinin antirekordunu təkrarlayıb.
Ümumilikdə, Stiv Klarkın yetirmələri 3 matçda cəmi 17 dəfə qapıya zərbə endiriblər.
Şotlandiya bu göstərici üzrə AVRO-2016-da Şimali İrlandiya ilə eyni sayda zərbə endirib.
Britaniyalılar qrup mərhələsində 1 xal toplayaraq sonuncu olublar.
Qeyd edək ki, Avropa çempionatı iyulun 14-dək Almaniyada davam edəcək. Hazırkı çempion İtaliya komandasıdır.