Hakimə qiymət qoyuldu
10.04.2023 - 20:02
Hakim Zieş mövsümün sonunda komandasını dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Mərakeş millisinin yarımmüdafiəçisi “Çelsi”dən “Tottenhem”ə keçə bilər.
30 yaşlı futbolçu “zadəganlar”ın heyətində əsas heyət oyunçusu deyil. Hakim bu üzdən digər variantları nəzərdən keçirir.
Londonun digər klubuna keçid onun üçün də sərfəli variant hesab olunur. “Çelsi” artıq onu satacağı qiyməti də müəyyənləşdirib. Premyer Liqa klubu Hakimə 20 milyon avro qiymət qoyub.
Qeyd edək ki, afrikalı futbolçu cari mövsümdə Premyer Liqa çərçivəsində 13 matçda iştirak edib.
0
0