Yığmamız Portuqaliyada ikinci oldu
09.10.2023 - 12:34
Yığmamız Portuqaliyada ikinci oldu

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə dünya çempionatında komanda hesabında nəticələr açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışda ikinci yeri tutub.

Cüdoçularımızdan üçü çempionatda medal qazanıb. Fərdi yarışlarda Vüsal Qələndərzadə (73 kq) qızıl mükafata sahib çıxıb. 

İki idmançımız isə yalnız finalda uduzub. Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) isə gümüş medal əldə edib.

writer photo
Əlirza Əlirzalı
0