Sabah ABŞ və Fillipində kişi voleybolçular arasında Millətlər Liqasının üçüncü həftəsi start götürəcək.
Apasport.az saytı xəbər verir ki, İran yığmasının üç oyunçusu ABŞ-da viza ala bilməyib.
Apreldə ABŞ-ın Ankaradakı səfirliyinin 3 voleybolçuya viza verməyəcəyini bildirib. Həmin oyunçular hərbi xidmətlərini hərbi idman klubunda keçdikləri üçün imtina alıblar. İran yığması Anahaymda keçiriləcək turniri boykot etmək istəsə də, beynəlxalq federasiya onu meydana çıxmağa razı sala bilib. İranlılar son anadək voleybolçulara viza veriləcəyinə ümid edir.
Qeyd edək ki, İran yığması iyulun 5-də Fransa, 7-də Bolqarıstan və 9-da Argentina və Kuba komandaları ilə qarşılaşacaq.
İranın 3 voleybolçusu ABŞ-a buraxılmadı
03.07.2023 - 23:20
0
0