Sabah Norveç çempionatında növbəti oyunlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, proqnozsevərlərin gözlədiyi liqalardan biri olan turnirdə komandaların Üst/Alt balansı açıqlanıb.
Elitseriyada cari mövsüm baş tutan 166 matçın 98-də ikidən çox qol vurulub. Bu, bütün oyunların 59 faizidir. Digər 41 faizdə, yəni 68 görüşdə qol sayı maksimum iki olub.
Norveçdə ən çox Üst sevən komanda “Sandefyord”dur. Bu klubun 9 matçının 8-də minimum 3 qol qeydə alınıb.
Düzdür, daha iki komanda 8 dəfə Üst oynayıb. Amma “Stromsqodset” və “Molde” hərəyə 11 oyun keçirib.
Yalnız bir komandada Alt gələn matçların sayı Üst-dən çoxdur. Bu, “Tromse”dir.
komanda |
Üst |
Alt |
Sandefyord |
8 |
1 |
Stromsqodset |
8 |
3 |
Molde |
8 |
3 |
Hoqesund |
7 |
4 |
Sarpsborq |
6 |
4 |
Rusenborq |
6 |
4 |
Hamarkameratene |
6 |
4 |
Bodo/Qlimt |
6 |
4 |
Valerenqa |
6 |
5 |
Odd Qrenland |
6 |
5 |
Lillestryom |
6 |
5 |
Olesund |
6 |
5 |
Vikinq |
6 |
6 |
Kristiansund |
4 |
4 |
Yerv |
5 |
5 |
Tromse |
4 |
6 |