Tuxel istefaya göndərildi
07.09.2022 - 13:34
Tuxel istefaya göndərildi

Çempionlar Liqasının ilk turu daha bir baş məşqçisinin istefası ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, “Çelsi” Tomas Tuxeli istefaya göndərib.

Zaqreb “Dinamo”suna məğlubiyyət almaniyalının London klubunda son matçı olub. Bu, Tuxelin “Çelsi”də həm də yubiley – 100-cü görüşü idi.

2021-ci ilin yanvarından “göylər”ə rəhbərlik edən mütəxəssis komandaya Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğunu qazandırıb.

Qeyd edək ki, “Çelsi” “Dinamo”ya 0:1 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0