"Everton" üçün növbəti namizəd
26.09.2024 - 11:58
"Everton" üçün növbəti namizəd

Premyer Liqa klularından “Everton”da baş məşqçi Şon Dayç ilə yollar ayrıla bilər.

Apasport.az xəbər verir ki, buna səbəb komandanın İngiltərə çempionatındakı uğursuz çıxışıdır. Klubun yeni rəhbəri Den Fridkin bu posta italiyalı Mauritsio Sarrini gətirmək istəyir.

Sarrinin son ünvanı “Latsio” olub. O, daha öncə İngiltərədə “Çelsi”ni çalışdırıb və 2019-cu ildə Avropa Liqasını qazanıb.

Daha əvvəl isə İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeytin komandaya rəhbərlik edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

“Everton” Premyer Liqada 5 turdan sonra 1 xalla 19-cu sıradadır.

writer photo
Əlirza Əlirzalı
0