“Arsenal” üçün İtaliyadan Londona gəlir
20.01.2023 - 17:28
“Arsenal” üçün İtaliyadan Londona gəlir

İngiltərə Premyer Liqasının lideri “Arsenal” heyətini yeni futbolçu ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, “topçular” 25 milyon avroya İtaliya “Spesiya”ından Yakup Kivioru transfer edir.

23 yaşlı solaxay müdafiəçinin qarşıdakı 2 gündə tibbi baxışdan keçmək üçün Londona gələcəyi bildirilir.

Polşa millisinin də formasının geyinən Kivior bu mövsüm A seriyasında 20 matçda iştirak edib.
 

writer photo
Əlirza Əlirzalı
0