"Neftçi"nin sabiq futbolçusu məhkəməyə verildi - SƏBƏB
14.04.2023 - 14:13
"Neftçi"nin sabiq futbolçusu məhkəməyə verildi - SƏBƏB

“Neftçi”nin sabiq futbolçusu Tallison Dias məhkəməyə verilib.

Apasport.az “Lent.az”a istinadən xəbər verir ki, buna səbəb futbolçunun vergi borcları ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya məhkəməsinə müraciət edərək Diaz barəsində tədbir görülməsini tələb edib.

Əcnəbi oyunçunun 2021-ci ildə “Neftçi” ilə müqaviləsinə xitam verilib və o, hazırda Braziliyanın "Portuqeza" klubunda oynayır.

Ehtimal edilir ki, Dias Azərbaycanı tərk etdiyi üçün məhkəmə onun barəsində axtarış qərarı çıxaracaq.

Qeyd edək ki, braziliyalı Tallison 2020-2021-ci illərdə “Neftçi” klubunda oynayıb.

writer photo
Əlirza Əlirzalı
0