Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun bəlli oldu
12.01.2024 - 15:43
Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun bəlli oldu

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Neftçi" fevralın 4-də "Sumqayıt"ın qonağı olacaq. Görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

writer photo
Əlirza Əlirzalı
0