Türkiyə millisinin 2 əsas üzvü Avstriya ilə matçı buraxacaq
27.06.2024 - 09:39
Türkiyə millisinin 2 əsas üzvü Avstriya ilə matçı buraxacaq

Türkiyə millisinin Çexiya ilə oyununda sarı vərəqə alan Hakan Çalhanoğlu və Səməd Akaydın cəzalı duruma düşüb.

Apasport.az xəbər verir ki, "ay-ulduzlular"ın 1/8 finalda Avstriya ilə keçirəcəyi matçda hər iki futbolçu meydana çıxa bilməyəcək.

Xatırladaq ki, ötən gün çexləri 1:2 hesabı ilə məğlub edən türklər 1/8 finala vəsiqə qazanıblar. 

Qeyd dedək ki, Türkiyə pley-off mərhələsində Avstriya ilə qarşılaşacaq. 2 iyulda keçiriləcək matçın start fiti Bakı vaxtilə 23:00-da səsləndiriləcək. 


 

writer photo
Əlirza Əlirzalı
0