Ukrayna millisinin futbolçusu Avro-2024-ün ilk oyununu buraxacaq
17.06.2024 - 14:42
Ukrayna millisinin mühüm futbolçularından Vitali Mikolenko zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə yığmanın məşqçisi Sergey Rebrov açıqlama verib.
O, bildirib ki, 25 yaşlı gənc futbolçu Rumıniya ilə qarşılaşmanı buraxacaq.
Ukrayna - Rumıniya oyunu bu gün Bakı vaxtilə saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, Mikolenko Moldova millisi ilə yoldaşlıq görüşündə (4:0) zədələnib.
0
0