Azərbaycan kubokunda son 6 mövsümün REKORDU VURULDU
10.12.2022 - 11:52
Azərbaycan kubokunda son 6 mövsümün REKORDU VURULDU

Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarında 13 qol vurulub. 

Apasport.az saytının məlumatına görə, bu, son 6 mövsümün rekordudur. 

1/4 finalın ilk matçlarında daha çox qolun vurulmasına sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt 4 görüşdə 14 qol vurulub. Bu qarşılaşmalar üçün mütləq rekord 2006/07 mövsümündə qeydə alınıb. 1/4 finalın 2007-ci ildə baş tutan ilk oyunlarında 17 qol vurulub.

Qeyd edək ki, ötən mövsüm bu rəqəm 8-ə bərabər olub.

writer photo
Əlirza Əlirzalı
0