70-ci sınaq – “Qarabağ” üçün
11.10.2022 - 16:46
70-ci sınaq – “Qarabağ” üçün

“Qarabağ”ın “Olimpiakos”la Avropa Liqasının qrup mərhələsinin IV turundakı oyunu yubileylə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Azərbaycan klublarının avrokubokların qrup mərhələlərində 70-ci sınağı olacaq.

Təmsilçilərimiz indiyədək 69 belə matça çıxıb. Bu qarşılaşmaların 51-i “Qarabağ”ın, 12-si “Qəbələ”nin, 6-sı “Neftçi”nin hesabındadır.

Azərbaycan komandaları qrupda 11 qələbə qazanıb və 17 dəfə bir xalla kifayətlənib. 41 dəfə uduzan təmsilçilərimiz top fərqində də geridədir. 58 qol vuran futbolçularımız 117-ni buraxıb.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” oyunu oktyabrın 13-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0