Xorvatiya Albaniya matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
19.06.2024 - 18:56
Xorvatiya Albaniya matçında qalib müəyyənləşmədi - YENİLƏNİB

Bu gün Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun oyunları baş tutub. 

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması B qrupunda Xorvatiya və Albaniya milliləri arasında keçirilib. 

Hamburq şəhərində keçirilən matç 2:2 hesablı heç-heçə ilə bitib. 

AVRO-2024

19 iyun

II tur

B qrupu

17:00. Xorvatiya - Albaniya 2:2

Qol: Kramariç, 74. Klaus, 76 (ö.q.) - Laci, 11. Klaus, 90+5

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu

writer photo
Əlirza Əlirzalı
0