1-ci Liqada iştirak edəcək növbəti klub bilindi
15.06.2024 - 19:37
1-ci Liqada iştirak edəcək növbəti klub bilindi

2024/2025 mövsümündə Azərbaycan 1-ci Liqasıda mübarizə aparmaq uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.

Apasport.az xəbər verir ki, 1-ci Liqanı 10-cu sırada başa vuran "Araz Saatlı" 2-ci Liqanın ikincisi "Cəbrayıl"la üz-üzə gəlib. Saatlıdakı Olimpiya Kompleksinin stadionunda oynanılan görüş "Cəbrayıl"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən etibarən I Liqada iştirak etmək hüququ qazanıb.

"Araz Saatlı" isə 2024/2025 mövsümünə 2-ci Liqada start verəcək.

15 iyun

"Araz Saatlı" - "Cəbrayıl" - 1:3
Qollar:
 Ruslan Voronsov, 24 (0:1), Tapdiq Əhmədov, 45-pen. (0:2), Ravil Yusifli, 77-pen. (1:2), Nurlan Quliyev, 80 (1:3)

writer photo
Əlirza Əlirzalı
0